Dünyanın ən xoşbəxt 10 ölkəsi açıqlanıb: Azərbaycan neçənci yerdədir?

Dünyanın ən xoşbəxt 10 ölkəsi açıqlanıb: Azərbaycan neçənci yerdədir? Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) qlobal sorğu məlumatlarından istifadə edərək müəyyən edilən "Dünyanın ən xoşbəxt ölkələri 2024" (World Happiness Report 2024) hesabatını dərc edib. Dünyanın ən xoşbəxt 10 ölkəsinin reytinqi dəyişib. Siyahıda sonuncu yerdə Əfqanıstan olub.

ABŞ-da martın 20-də qeyd olunan Milli Xoşbəxtlik Günü ərəfəsində "Dünyanın ən xoşbəxt ölkələri 2024" (World Happiness Report 2024) də dərc edilib.

143 ölkədə yaşayan insanların sorğusu əsasında hazırlanan hesabata görə, dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri aşağıdakılardır:

1. Finlandiya

Finlandiya bu il də lider mövqeyini qoruyub və “ən xoşbəxt ölkə” olub. Finlandiya ardıcıl 7-ci dəfə "dünyanın ən xoşbəxt ölkəsi" seçilib.

2. Danimarka

3. İslandiya

4. İsveç

5. İsrail

6. Hollandiya

7. Norveç

8. Lüksemburq

9. İsveçrə

10. Avstraliya

Siyahıya Çexiya (18), Litva (19) və Sloveniya (21) kimi ölkələr daxil olmaqla, ABŞ ilk 20-likdən geriləyərək 23-cü yerdə qərarlaşıb.

Ən bədbəxt ölkələr

Ən bədbəxt ölkələr Əfqanıstan, Livan, Lesotho, Sierra Leone və Konqo seçilib.

Azərbaycan bu il siyahıda 101-ci yerdə qərarlaşıb. Azərbaycan 2023-cü ildə siyahıda yer almamışdı.

Dünyanın ən xoşbəxt 10 ölkəsi açıqlanıb: Azərbaycan neçənci yerdədir?
Dünyanın ən xoşbəxt 10 ölkəsi açıqlanıb: Azərbaycan neçənci yerdədir?
Dünyanın ən xoşbəxt 10 ölkəsi açıqlanıb: Azərbaycan neçənci yerdədir?


Tehsil-press.az

Oxşar xəbərlər