Dünyanın ən yaxşı ölkəsinin adı açıqlandı

Dünyanın ən yaxşı ölkəsinin adı açıqlandı Dünyanın ən yaxşı ölkəsinin adı açıqlanıb.
153 ölkə daxil edildiyi siyahıda Finlandiya dünyanın ən yaxşı ölkələri reytinqinə başçılıq edib.
Reytinqin ilk beşliyində Finlandiya ilə birlikdə İrlandiya, İsveç, Almaniya, Danimarka qərarlaşıb.
Onluqda İsveçrə, Norveç, Fransa, İspaniya və Kanada yer alıb.
Reytinqin əsas məqsədi planetdə olan hər bir ölkənin bəşəriyyət üçün faydalarının ölçüsünü müəyyən etməkdir. Ekspertlər hər bir ölkəni aydın göstərmək üçün ölkənin bəşəriyyətə verdiyi fayda, eləcə də planet üçün yük hesab edilib-edilməməsi əsas götürülüb.
Nəticədə Finlandiya ətraf mühitin mühafizəsi, hərəkət azadlığı, mətbuat azadlığı, kibertəhlükəsizlik, eləcə də azad ticarət və digər kateqoriyalar üzrə bərabərlik baxımından əhalinin sərvəti baxımından liderlik qazanıb.
Qeyd edək ki, Finlandiya bundan əvvəl dünyanın ən savadlı və ən xoşbəxt ölkələri sihayısına liderlik edib.

Tehsil-press.az

Oxşar xəbərlər