Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən dərc olunan “THE Impact 2024” reytinqində iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb.
Ötən il Azərbaycandan 8 universitetin iştirak etdiyi qiymətləndirmədə bu göstərici cari ildə 18-ə yüksəlib.
Ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin ölçüldüyü “THE Impact” reytinqində qiymətləndirmə 4 əsas istiqamət üzrə aparılır: tədqiqat, idarəetmə, maarifləndirmə və tədris. Qiymətləndirmədə təhlil olunan meyarlardan biri də universitetlərin davamlı inkişaf, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətidir.
“THE Impact 2024” reytinqində ölkə üzrə iştirak faizinin artmasına Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və universitetlərin birgə fəaliyyəti əhəmiyyətli təsir göstərib.
“Times Higher Education” təşkilatının qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edib ki, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) hazırlıq ərəfəsində universitetlərin davamlı inkişafa töhfəsini görmək təqdirəlayiqdir. “THE Impact 2024” reytinqində Azərbaycan universitetlərinin yüksək iştirak səviyyəsi sözügedən sahədə onların fəaliyyəti üçün qlobal platforma yaradır.
Cari ilin iyun ayında Taylandın paytaxtı Banqkokda keçiriləcək Davamlı İnkişaf Konqresində “THE Impact 2024” reytinqinin nəticələri elan ediləcəkdir.
Tehsil-press.az