Azərbaycanda generala 10 il iş verildi - Hökm

Azərbaycanda generala 10 il iş verildi - Hökm Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sonuncu iclasında hökm oxunub.

Hökmə əsasən, Tofiq Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, onun general rütbəsindən məhrum edilməsi üçün təqdimat verilib.

Qeyd edək ki, Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər