Dövlət qurumlarını ərzaqla təchiz edəcək qurum yaradılıb

Dövlət qurumlarını ərzaqla təchiz edəcək qurum yaradılıb Yerli istehsalçını istehsal etdiyi ərzaqı qəpik-quruşa satmağa məcbur edən işbazlar aradan çıxarılacaq.

Bu ilin oktyabr ayında  Azərbaycanın ərzaq məhsulları istehsalçıları dövlətdən gələn il üçün sifarişlər əldə edəcəklər.
Tehsil-press.az-n məlumatına görə, ölkə başçısının əmri ilə yeni yaradılmış  “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyəti dövlət qurumlarının ərzaqa olan tələbatını öyrənəcək və bunun yerli fermerlərin istehsalı gücləri hesabına təmin edilməsinin şərait yaradacaq.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Firdovsi Fikrətzadə Tehsil-press.az-a müsahibəsində hazırda “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC-nin yaradılması ilə yanaşı dövlət sifarişi ilə ərzaq alan təşkilatların tələbatı öyrənilir: “Bu təşkilatların toplam tələbatının nə qədər olduğunu kimsə bilmirdi. Çünki hər bir təşkilat ərzaqı özü üçün ayrıca alırdı. Alınan ərzaq məhsullarının yerli və ya xarici olduğu da bilinmirdi. Tələbatı öyrənməkdə məqsədimiz bunu yerli istehsalın stimullaşdırmasına yönəltməkdir”.
“Fermer təklifini ASAN xidmətin yardımı ilə də yerləşdirə biləcək. ASC-nin yaradılmasında məqsəd məhz xilmətin asanlaşmasıdır”.
Dövlət sifarişi ilə ərzaq məhsulları alan təşkilatların toplam tələbləri müəyyən edildikdən sonra məlumatlar ASC-nin portalında onlayn qaydada yerləşdiriləcək. Yerli istehsalçıların təklifləri də onlayn qaydada qəbul ediləcək. “Hər bir yerli istehsalçı öz təklifini onlayn qaydada ASC-nin saytına girməklə yerləşdirə bilər. Əgər istehsalçının özü bunu bacarmırsa, o, KTN-nin rayon idarəsinə yaxınlaşır və ona təklifini sayta yerləşdirir. Proses şəffaf şəkildə gedir və oktyabr ayında ən əlverişli təklif müəyyən edilərək sifariş verilir. Daha sonra həmin istehsalçı ilə təchizat barədə saziş bağlanır”,- deyə Firdovsi Fikrətzadə vurğulayır.  
KTN təmsilçisinin sözlərinə görə, sifarişini ASC-nin saytına  özü yerləşdirə bilməyən fermeri KTN-in rayon idarələrində fermeri get-gələ sala bilməyəcəklər: “Fermer təklifini ASAN xidmətin yardımı ilə də yerləşdirə biləcək. ASC-nin  yaradılmasında məqsəd məhz xilmətin asanlaşmasıdır”.        
Qaydaya görə, istehsalçının satış qiyməti ilə dövlət sifarişçisinin alış qiyməti arasında 20 faizdən çox fərq ola bilməz. “Bu 20 faizə daşınma xərcləri və ASC-nin gəlirləri daxildir”,- deyə Firdovsi Fikrətzadə vurğulayır.
Bu məsələdə İsveçin sui-qəsd nəticə mərhum baş naziri Ulof Palmeninarzuladığı modelə yaxınlaşılıb. Ulof Palme kənd təsərrüfatı məhsullarının son müştəriyə satılmasından əldə edilən gəlirin 70 faizinin fermerə çatmasının vacibliyini vurğulayırdı. Gəlirin 30 faizinin isə nəqliyyat və ticarət sektorları arasında bölünməsinin vacibliyini vurğulyırdı. Əksər iqtisadçılar İsveçdə və digər Skandinaviya ölkələrində aqrar sektorun yüksək səviyyədə inkişafının kökündə Ulof Palmenin fikirlərinin durduğunu vurğulayırlar. 

Dövlət qurumlarını ərzaqla təchiz edəcək qurum yaradılıb
Ulof Palme - Norveçin mərhum baş naziri
Amma təəssüf ki, Azərbaycanın kənd təsərrüfatı istehsalçıları bu cür gəlirlərdən çoxu uzaqdırlar. İstehsalçı adətən pərakəndə satış qiymətindən 2,5-3 dəfə az gəlir əldə edilir. Bəzən bu fərq 4 dəfəyə qədər qalxır.
“İstehsalçı qiyməti ilə pərakəndə satış qiymətinin arasında olan fərq bir vaxt 6 dəfəyə qədər idi, indi bu fərq 3 dəfəyə qədərdir”.
Yeni yaradılmış ASC pərakəndə satış bazarına birbaşa təsir göstərə bilməsə də, Firdovsi Fikrətzadənin fikrincə, istehsalçılar üçün müəyyən stimullaşdırıcı təsir göstərəcək: «İstehsalçı qiyməti ilə pərakəndə satış qiymətinin arasında olan bu fərqi infrastrukturun inkişafı ilə azaltmaq mümkündür. Mən bu bazarı araşdırmışam. Bir vaxt fərq 6 dəfəyə qədər idi. Sonra Bakının girişində topdansatışçılar üçün iri meyvə-tərəvəz bazarı yaradıldı və bu fərqi 2 dəfəyə qədər sala bildi. İndi regionlarda loqistik mərkəzlər yaradılır və bu da fərqi xeyli azaldacaq. Düşünürəm ki, ASC aqrar istehsalçılara müəyyən stimullaşdırıcı təsir göstərəcək və problem nisbətən yumşalacaq».
İlkin hesablamalara görə, hər ilin sonunda gələn il üçün daxili istehlakın təxminən 10 faizi səviyyəsində tələb yaradacaq. Təbii ki, bu yerli istehsal üçün önəmli stmullaşdırıcı amil olacaq. Tehsil-press.az-n araşdırmasına görə, hazırda həmin tələb idxal ərzaqı hesabına təmin edilir. Bazarda birdən birə 10 faizlik tələbin qaldırılması topdansatış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında yaranmış çox ədalətsiz fərqi bir qədər azaldacaq.
Amma Azərbaycan bu problemi çox sürətlə həll etməlidir. Ölkə iqtisadiyyatında aqrar sektorun potensialına uyğun paya malik olması, idxal edilən ərzaq məhsullarının daxili istehsalla əvəzlənməsi, həmçinin qeyri-neft ixracatının stmullaşdırılması baxımından bu, çox önəmlidir. Bu məsələdə yeni yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyətinin də müsbət təsiri ola bilər. ASC gələcəkdə dövlət sifarişlərini təmin etməklə yanaşı, pərakəndə satış bazarının da önəmli iştirakçısına çevrilə bilər. Hər halda, ASC-nin səhmlər paketinin 49 faizinə malik olacaq özəl sektor bu məsələyə yalnız dəstək verə bilər.

tehsil-press.az

Oxşar xəbərlər