
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən AXCP sədri bildirib ki, elektron məhkəmə portalında şikayətçinin kimliyi göstərilməyib. Kərimliyə qarşı Cinayət Məcəlləsinin siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri üzrə ittihamlar irəli sürüldüyü deyilir.
Maraqlıdır, iddialar sübutə yetirilərsə, partiya sədrini hansı cəza gözləyir?
Mövzu ilə bağlı danışan hüquqşunas Ramil Süleymanov aşağıdakıları deyib:
“İddialar sübuta yetirilərsə, hər iki maddəyə görə ayrı-ayrılıqda Əli Kərimli 1000 manatdan 1500 manata qədər cərimə və ya 6 aylıq azadlıqdan məhrumetmə cəzası ilə həbs edilə bilər. Bundan başqa o, qarşı tərəfi ağır cinayətlərdə ittiham edirsə, onu 3 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir”./KONKRET.az/
Tehsil-press.az