Azərbaycanda DƏHŞƏT: Anasını BIÇAQLADI

Azərbaycanda DƏHŞƏT: Anasını BIÇAQLADI Samux rayonunda qadın kəsici-deşici alətlə xəsarət alıb.

Hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

İlkin məlumatlara görə, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.

Yaralı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər