Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə öldü

Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə öldü Goranboyun 31 yaşlı sakini Rusiyada ağır yol qəzasında ölüb.

Tehsil-press.az APA-ya istinadla xəbər verir ki, hadisə Moskva-Samara magistral yolunda qeydə alınıb.

Goranboy rayonunun Todan kənd sakini 1993-cü il təvəllüdlü Səhman Əmrahovun idarəetdiyi "Qazel" markalı yük maşını magistralda xarab olub.

Məlumata görə, sürücü dostunu köməyə çağırıb. Dost gələndən sonra Səhman Əmrahov özünə məxsus yük maşınını tanışının maşının qoşqu yerinə bağlayan zaman sürətlə hərəkətdə olan “Mercedes Sprinter" markalı mikroavtobus xarab olan “Qazel”ə arxadan çırpılıb.

Nəticədə 31 yaşlı Səhman Əmrahov iki avtomobilin arasında qalıb. O ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi şəkildə ölən Səhman Əmrahov ötən gün doğulduğu Todan kəndində dəfn edilib.

Baş vermiş hadisə ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə öldü


Tehsil-press.az

Oxşar xəbərlər