
Metbuat.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Ə.Qasımov Naxçıvan Dövlət Universitetinin Kadr və ümumi işlər şöbəsinin müdiridir. O, 2013-cü ildə Şərur Türk Liseyini, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını, 2019-cu ildə daxil olmaqla Naxçıvan Dövlət Universitetinin “Dövlət hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olub. Həmçinin, 2022-ci il Gənclər üçün Prezident mükafatçısıdır.
Qeyd edək ki, Əziz Qasımov 32 saylı Naxçıvan şəhər seçki dairəsində 57.89 faiz səslə liderdir.
Tehsil-press.az