Azərbaycanda deputat mandatından imtina etdi - Yenilənib

Azərbaycanda deputat mandatından imtina etdi - Yenilənib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Tehsil-press.az Report-a istinadən xəbər verir ki, sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər 2016-cı il avqustun 6-na təyin edilib. 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsinin səbəbi məlum olub. Tehsil-press.az-ın məlumatına görə, 1 noyabr 2015-cı ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib. Bununla əlaqədar əlavə seçkilər təyin edilməsi barədə sərəncam imzalanıb.


Tehsil-press.az

Oxşar xəbərlər