
"Kommersant" xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı jurnalist, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları üzrə Prezident Şurasının üzvü Yeva Merkaçeva verib.
Nikolay Svanidze jurnalist karyerasına 1990-cı illərdə başlayıb. 1997-1998-ci illərdə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin sədri vəzifəsində çalışıb. 2013-2022-ci illərdə "Gümüşü yağış" radiostansiyasında işləyib. 2022-ci ilə qədər Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) üzvü olub.
Məlumata görə, jurnalist pnevmaniyadan vəfat edib.
Tehsil-press.az