ABŞ-da hakimiyyətə gələcək yeni prezident bölgə ilə bağlı planlarını Azərbaycan və Türkiyə üzərindən quracaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın yararsız "geopolitik alət" olan Ermənistandan imtina edib, Azərbaycan və Türkiyə ilə regional ortaqlığa üstünlük verəcəyilə bağlı səslənən ehtimalı şərh edərkən deyib.
"ABŞ hakimiyyətinin son illər Azərbaycan-Ermənistan məsələsindəki mövqeyi ümumilikdə konstruktiv olub. ABŞ iki ölkə arasında sülh müqaviləsinin imzalanması məsələsinin həlli üçün çox çalışıb. Həm dövlət departamentinin rəhbəri Entoni Blinkenin, həm də Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi çərçivəsində dəfələrlə iki ölkənin rəhbərlərilə telefonla müzakirə aparılıb, regiona səfərlər edilib", deyə Azər Qasımov bildirib.
Həmsöhbətimizin fikrincə, ABŞ Ermənistandan "geopolitik alət" kimi istifadə etmək fikrindən əl çəkməsə də, Azərbaycanla münasibətlərdə səmimi davranır:
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh məsələsində səmimidir”.
Ekspert qeyd edir ki, sonrakı proseslərdə isə ABŞ-ın planları Ermənistan üzərindən həyata keçəcək:
"Təbii ki, ABŞ Ermənistanın gələcəyini təmin etmək istəyirsə, İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Bunun əksi Ermənistan üçün fəalakətdir. Bu baxımdan da ABŞ-da hakimiyyətə gələcək yeni prezidenti mütləq öz planlarını Azərbaycan və Türkiyə üzərindən quracaq”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, namizədlərin seçicilərlə görüşləri də artır. Prezidentliyə demokratların namizədi Kamala Harris bu günlərdə erməni diaspor nümayəndələrilə görüşərək Qarabağdan öz istəklərilə gedən ermənilərin qaytarılması məsələsinə toxunub. Bir tərəfdən də belə fikirlər səslənir ki, vitse-prezident Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın yararsız "geopolitik alət” olan Ermənistandan imtina edərək, Cənubi Qafqazda realist siyasi kursa qayıdacaq, Azərbaycan və Türkiyə ilə regional ortaqlığa üstünlük verəcək.
Tehsil-press.az