
Bunu erməni politoloq Qarik Keryan deyib.
"Qərb Rusiyanın Cənubi Qafqazdakı təsirini ləğv etmək istəyir və əgər onun himayəsi altında sazişin imzalanmasına nail ola bilsə, o zaman Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması qaçılmaz olacaq. Bunun ardınca Qərb tərəfdaşları Ermənistan rəhbərliyindən 102-ci Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edə bilərlər. Regionda diplomatik qarşıdurmanın bütün məqamı budur", - o bildirib.
Keryanın sözlərinə görə, İrəvan və Bakının konsensusa gələ bilmədiyi əsas məqamlar Qarabağın taleyi, sərhədin delimitasiyası və demarkasiyası, blokun açılacağı halda marşrutların işləməsi ilə bağlıdır:
"ABŞ Dövlət Departamentinin nümayəndəsinin nikbin bəyanatlarından anlaşılmır ki, hansı məqamlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub. Çox güman ki, bu cür nikbinlik və pafos yalnız təbliğat xarakteri daşıyır”.
Tehsil-press.az