“Mark, bildiyiniz kimi Ermənistan ordusu Azərbaycan mülkilərinə qarşı şiddətli artilleriya hücumları edib... Baxın, bu da şəkillər..."
“Erməni hərbi qüvvələri çərşənbə axşamı ağır artilleriya silahları ilə Azərbaycan kəndlərinə hücum ediblər. Nəticədə Ağdam və Tərtər rayonlarında 2 mülki şəxs öldürülüb, azı 8 mülki şəxs yaralanıb".
ANS TV-nin ABŞ bürosunun rəhbəri Qənirə Ataşova ABŞ dövlət departamentinin mətbuat katibinin müavini Mark Tonerə Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində Tərtər və Ağdamda dinc sakinlərə hücumu barədə məlumat verib.
Q.Ataşova bu hücumların fəsadlarını əks etdirən fotoşəkilləri də nümayiş etdirib: “Mark, bildiyiniz kimi Ermənistan ordusunun Azərbaycan mülki insanlarına qarşı şiddətli artilleriya hücumları nəticəsində Tərtər və Ağdamda 50-dən çox ev dağıdılıb, insanlar həlak olub... Dövlət Departamentinin Dağlıq Qarabağda baş verən ən son gərginliklə bağlı şərh vermənizi istəyərdim”.
Dövlət departamentinin rəsmisi ANS-in xüsusi müxbirinə bildirib ki, Vaşinqton heç bir gərginlik və ya zorakılıq görmək istəmir.
"Hər iki tərəfdən bu cür hücumları qınayırıq. Prosesin əvvəlki vəziyyətinə qayıtmasını - Dağlıq Qarabağda sülhün bərqərar olmasını istəyirik. Bütün tərəfləri gərginliyi yatırmağa və sülh prosesinə geri qayıtmağa çağırırıq”, - Mark Toner bildirib.
Ermənistan silahlı qüvvələri cəbhə xəttində aprelin 2-nə keçən gecədən təxribatlar törədir. Həmin gecə erməni silahlı bölmələri bütün cəbhə boyu hücuma keçsə də Azərbaycan Silahlı Qüvvələri əks həmlə edərək qarşı tərəfin ön müdafiə xəttini yararaq bir sıra strateji yüksəklikləri işğaldan azad edib.
Lakin ermənilər bununla kifayətlənməyərək aprelin 25-də gecədən yenidən təxribatlara əl atıblar. Qarşı tərəf bu dəfə Ağdam və Tərtərdə mülki şəxsləri hədəfə alıb, yaşayış məntəqələrinə artilleriya zərbələri endirib. Azərbaycan Ordusu cavab tədbiri olaraq erməni silahlı bölmələrinin atəş nöqtələrinə atəş açıb.
tehsil-press.az