Xəbər verdiyimiz kimi, 77 saylı Lənkəran şəhər dairəsindən Milli Məclisə deputat seçilmiş Fariz İsmayılzadə köməkçisi vəzifəsində çalışmaq üçün gənclərə müraciət edib.
Bununla bağlı deputat sosial şəbəkə hesabında paylaşım edib. Millət vəkili Lənkəran şəhər seçki dairəsi üzrə deputat köməkçisi vəzifəsində çalışmaq istəyən gənclərin öz CV-lərini onun e-mail ünvanına göndərməsini xahiş edib.
Məsələ ilə bağlı Demokrat.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa bildirib ki, bu qanunvericiliklə qadağan olunan məsələ deyil:
"Əksinə deputat köməkçisi seçilmək üçün bu optimal bir yoldur. Millət vəkilinin özünün nəzərdə tutduğu, işinə, ixtisasına uyğun gələn kadr yoxdursa, belə bir müsabiqə elan etməsi çox normal bir haldır. Deputat köməkçisi məsələsində daha keyfiyyətli, işini bilən, ixtisası uyğun gələn kadr seçmək üçün bu ən uyğun və məqbul yollardan biridir. Burada təəccüblü heç nə yoxdur. Bunu daha müsbət bir hal kimi qiymətləndirmək olar”.
Tehsil-press.az