Bakı Dövlət Universitetinin (BDU) Fizika problemləri Elmi-Tədqiqat İnstitutunda (ETİ) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “E-tarım sulama” mövzusunda elmi seminar keçirilib.
İnstitutun direktoru Sədiyar Rəhimov bildirib ki, ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi və Biofizika şöbəsinin dissertantı Sara Rəhimzadənin üzvü olduğu “ESST-6” komandasının “E-tarım sulama” layihəsi “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində III yerə layiq görülüb.
ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirov qeyd edib ki, qalib layihədə kənd təsərrüfatında avtomatik sulama, gübrələmə və torpağın monitorinqini həyata keçirmək üçün robot texnikasından istifadə imkanları və süni intellektin tətbiqi araşdırılıb.
Qalib komandanın yaratdığı sistem mərkəzi və bir neçə sahə stansiyasından ibarət olmaqla süni intellektin tətbiqi ilə əkin sahələrini avtomatik sulama, gübrələmə və torpağın monitorinqini həyata keçirmək üçün nəzərdə tutulub. Sahə stansiyaları müxtəlif sensorlar vasitəsi ilə torpağın nəmliyini, duzluluğunu və temperaturunu ölçür və bu parametrləri radiodalğalarla mərkəzi stansiyaya ötürür. Mərkəzi stansiya xüsusi proqram sayəsində sahə stansiyasından gələn məlumatları və əkilmiş bitki növünün optimal məhsuldarlığı üçün suvarılma meyarlarını analiz edir, sahənin nə zaman və nə qədər sulanmasına qərar verir, avtomatik qurğularla bunu həyata keçirir. Hazırlanan mobil aplikasiya vasitəsi ilə fermer mobil telefonundan bütün məlumatları və prosesləri izləyə bilir və lazım olduğunda prosesə müdaxilə edir. Beləliklə, bu sistem insan əməyini minimuma endirir və bitkinin məhsuldarlığını artırır.
Tehsil-press.az