
Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Nelya Lebedeva “Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi klinoptilolit tipli məsaməli seolit-dielektrikdə elektrik keçiriciliyi tədqiqinin nəticələrindən danışıb. O, adıçəkilən istiqamətin perspektiv tətbiq sahələri haqqında məlumat verib.
Seminarda aparılan təcrübələrin xüsusiyyətləri izah edilib və suallar cavablandırılıb.
Tehsil-press.az