2024-cü ilin 9 ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2024-cü ilin geridə qalan ayları ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 9 ayda 1349 uşağa verilib.
Statistikaya əsasən, oğlan adları sırasında sonrakı yerləri Hüseyn (1072), Əli (1056), Yusif (925), Raul (827), Ömər (671), Murad (579), Məhəmməd (578), Tunar (533), Ayxan (532) və Adəm (507) tutur.
Ətraflı
Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib - 970.
Qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: Zeynəb (955), Məryəm (939), Nilay (865), Aylin (863), Melisa (848), Ayla (842), Fatimə (723), İnci (719), Mələk (669).
Son 5 il ərzində də oğlan və qız uşaqlarına ən çox Uğur və Zəhra adları verilib. Belə ki, 5 il ərzində 8601 oğlan uşağına Uğur, 8028 qız uşağına isə Zəhra adı qoyulub.
Tehsil-press.az