Ermənistan müntəzəm olaraq sülh danışıqlarını pozur, mövcud status-kvonu saxlamağa çalışır

Ermənistan müntəzəm olaraq sülh danışıqlarını pozur, mövcud status-kvonu saxlamağa çalışır Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında xırda irəliləyiş əldə olunan zaman danışıqlardan qaçır. Bu təxribatları törətməkdə ermənilərin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesini pozmaq, bununla da mövcud status-kvonu saxlamaqdır. Bu isə mümkün olmayan bir işdir.

Bu haqda Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi sədrinin müavini Firdovsi Hüseynov deyib. F.Hüseynov bildirib ki, Serj Sarkisyanın əli Xocalıda öldürülən soydaşlarımızın qanına batıb və bu kimi cinayətkarlar öz layiqli cəzasını almalıdır.
O qeyd edib ki, ermənilərin təxribatları ucbatından aprelin 2-dən 5-dək Dağlıq Qarabağda təmas xəttində davam edən güclü qarşıdurma zamanı işğalçı dövlət Azərbaycan silahlı qüvvələrinin nəyə qadir olduğunu gördü.Azərbaycanın gücünü gördükdən sonra da Ermənistan prezidenti və onun cinayətkar hakimiyyəti təxribatlarını davam etdirir və layiqli cavablarını alırlar.
Son bir neçə gündə ermənilərin təmas xəttində yenidən fəallaşdığını söyləyən həmsöhbətim Azərbaycanın Ağdam və Tərtər rayonlarındakı kəndlərdə yaşayan mülki əhaliyə qarşı terrorçuluq əməllərinin davam etdirildiyini vurğulayıb. Təcavüz nəticəsində həlak olanlar və yaralananlar var, bu rayonlarda onlarca ev dağılıb və ya zədələnib. Dünya dövlətləri, beynəlxalq təşkilatlar hələdə susur.
F.Hüseynov qeyd edib ki, ölkəmiz bu münaqişəni sülh yolu ilə həll etmək istəyir, ATƏT-in Minsk qrupu da münaqişənin həllinə çalışır, amma 22 ildir danışıqlar gedir və heç bir nəticə yoxdur. Danışıqlar sonsuzluğa qədər uzana bilməz. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması ilə əlaqədar dörd qətnamə qəbul edib, bu sənədlər hələ də yerinə yetirilmir. “Biz sülhsevər xalqıq, ədalətin bərpa edilməsini, Azərbaycanın üzərindəki qara buludların çəkilməsini istəyirik, bizim heç kəsin torpaqlarında gözümüz yoxdur. İstəyirik ki, təcavüzkar və mənfur düşmən torpaqlarımızdan gözünü çəksin, xalqımız rahat nəfəs alsın”,- deyə Azərbaycan Milli Mədəniyyət Mərkəzi sədri vurğulayıb.

tehsil-press.az

Oxşar xəbərlər