ADNSU-da COP29 çərçivəsində Azərbaycana gələn Çin nümayəndələri ilə görüş keçirilib

ADNSU-da COP29 çərçivəsində Azərbaycana gələn Çin nümayəndələri ilə görüş keçirilib ADNSU-da COP29 çərçivəsində Azərbaycana gələn Çin nümayəndələri ilə görüş keçirilib

Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana gələn Çin nümayəndələri ilə görüş keçirilib.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və yerli şirkət rəhbərləri ilə keçirilən görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə yanaşı, Azərbaycanla Çinin iqtisadi əlaqələrindən, istehsalat sahələrində azərbaycanlı mütəxəssislərin, o cümlədən ADNSU məzunlarının əldə etdiyi uğurlardan və gələcək perspektivlərdən bəhs olunub.

Nümayəndə heyətinə rəhbərlik edən Çinin Suçjou Bələdiyyə Komitəsinin Daimi Komitəsinin üzvü və Suçjou Bələdiyyə Hökumətinin vitse-meri Qu Haydun Azərbaycanda, o cümlədən ADNSU-da olmaqdan məmnun oluqlarını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər