Belə ki, 2025-2026-cı tədris ilində 600 baldan yuxarı nəticə göstərərək NDU-ya qəbul olan abituriyentlərin sayı 4 dəfəyə qədər artaraq 152 nəfərə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Xatırladaq ki, 2024-2025-ci tədris ilində bu rəqəm 41 nəfər idi.
Məlumat üçün bildirək ki, müxtəlif ixtisas qrupları üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşüaslıq”, “Tibb”, “Dövlət və ictimai münasibətlər”, “Komputer mühəndisliyi” və s. ixtisaslarda təhsil almaq imkanı əldə ediblər. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr də yer alır.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Tehsil-press.az