Əliyev və Putin Şanxayda görüşəcək? - Peskovdan açıqlama
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tyançzin şəhərində keçiriləcək sammiti çərçivəsində prezident Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün mümkünlüyü ilə bağlı suala cavab verib.
Peskov mümkün bütün görüşlərin planlaşdırıldığını deyib.
“Hazırda biz ikitərəfli görüşlərin qrafikini hazırlayırıq. Bu görüşləri Çindəki tərəfdaşlarımız tərəfindən təşkil ediləcək ümumi tədbirlər planına daxil etmək lazımdır. Bu plan yekunlaşdıqdan sonra sizi məlumatlandıracağıq”.
Tehsil-press.az
- Baxış: 114
Xəbərin tarixi: 27.08.2025 / 19:04
-
Oxşar xəbərlər