Beynəlxalq reytinq şirkətinin nümayəndələri ADNSU-da

Beynəlxalq reytinq şirkətinin nümayəndələri ADNSU-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərovun “Times Higher Education" (THE) reytinq şirkətinin nümayəndələri ilə görüşü olub.
ADNSU-nun reytinq siyasətinin təşviqi məqsədilə universiteti ziyarət edən qonaqlar - reytinq şirkətinin qlobal məsələlər üzrə baş direktoru Phil Baty, şirkətin kommersiya direktoru Lachyn İtalmazova və akkreditasiya və lisenziya üzrə məsləhətçi Zülfiyyə Şəfiyeva burada tədris və keyfiyyətli təhsil üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Görüşdə V.Əskərov qonaqlara universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra ikitərəfli əməkdaşlıq çərçivəsində təhsilin, elmi nailiyyətlərin inkişafı istiqamətində müasir yanaşmadan, o cümlədən görüləcək perspektiv layihələrdən bəhs olunub.

Tehsil-press.az



Oxşar xəbərlər