Sonra fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov çıxış edib. O bildirib ki, Əhməd Abdinov 1972-ci ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1971-ci ildən BDU-nun fizika fakültəsində assistent, baş müəllim, dosent, professor, dekan kimi fəaliyyət göstərib, 1992-ci ildən kafedra müdiri vəzifəsində çalışır. 1993-2000-ci illərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini olmuş yubilyarın elmi rəhbərliyi ilə 7 elmlər doktoru, 31 elmlər namizədi, 14 magistr dissertasiyası müdafiə edilib. Yüzlərlə elmi əsərin və iki ixtiranın, ali məktəblər üçün yazılmış beş dərslik və 21 fənn proqramının müəllifidir. Qismən nizamsız kristal yarımkeçiricilərdə elektron proseslərin xüsusiyyətləri, başvermə mexanizmi və praktiki tətbiqi imkanlarının aşkar edilməsi istiqamətində elmi-tədqiqat işləri aparır. Tədbir Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, akademiklər - Adil Qəribov, Cavad Abdinov və digərlərinin çıxışları ilə davam edib.



Tehsil-press.az