Bilik Fondu xarici tələbələri gənc alimlərlə görüşdürdü 

Bilik Fondu xarici tələbələri gənc alimlərlə görüşdürdü  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycanda təhsil alan əcnəbi tələbələrin gənc alimlərlə görüşü keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Tehsil-press.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Fondun fəaliyyəti, əsasən də əcnəbi tələbələrin Azərbaycan həqiqətləri və Azərbaycan elminin nailiyyətləri barədə məlumatlandırılması istiqamətində müntəzəm olaraq həyata keçirdiyi layihələr barədə məlumat verib.
Daha sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov rəhbərlik etdiyi şuranın gördüyüişlər haqqında geniş məlumat verib. Əcnəbi tələbələr AMEA İdarəetmə sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samir Rüstəmov, AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Rüfət Əfəndiyev, AMEA Nəbatat bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayevin slayd-təqdimatlarını izləyiblər. Təqdimatlarda hər üç İnstitutun fəaliyyəti, əldə etdiyi elmi yeniliklər barədə ətraflı informasiyalar verilib. Natiqlər tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Sonra xarici tələbələr Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ilə yaxından tanış olublar.
Tədbirdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərdə təhsil alan Türkiyə, Rusiya, Türkmənistan, İtaliya, Çin, Pakistan, Koreya, Nigeriya, Suriya, Özbəkistan və digər ölkələri təmsil edən tələbələr iştirak ediblər.

Bilik Fondu xarici tələbələri gənc alimlərlə görüşdürdü 

tehsil-press.az

Oxşar xəbərlər