
Bu barədə məlumatı müxalifətə yaxın olan "Syria TV" yayıb.
Mənbələrin verdiyi məlumata görə, Suriya hökuməti İraqdan Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması məqsədilə vasitəçilik etməsini istəyib.
Ancaq İraqın hələ bu təklifi qəbul etmədiyi bildirilir. Bununla yanaşı Əsədin diplomatik cəhdləri davam edir və o, Türkiyə ilə birbaşa danışıqlar aparmaq üçün başqa yollar axtarır.
Bundan əlavə, Suriya prezidenti özünün təhlükəsizlik xidmətinin nümayəndələrini Antalyaya göndərib. Həmin nümayəndələr Türkiyə tərəfi ilə danışıqlara başlamaq üçün müvafiq rəsmi şəxslər ilə görüşlər keçirirlər.
Tehsil-press.az