Azərbaycanlı iş adamı Emin Ağalarov bir sıra iri xarici şirkətlərlə birgə Çervok su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini yaratmağı nəzərdə tutur.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bostanlıq (Bostanlyk) rayonunda təklif olunan beynəlxalq turizm mərkəzi ilə tanış olub.
Azərbaycanlı sahibkar Emin Ağalarov və iri investisiya şirkətləri Çarvak (Charvak) su anbarının yanında “Sea Breeze Uzbekistan” mərkəzini inkişaf etdirməyi planlaşdırır.
Burada istirahət zonaları, çimərliklər, yaşayış kompleksləri və müxtəlif turizm obyektləri (mehmanxanalar, kotteclər) olacaq. Mərkəz il boyu fəaliyyət göstərən turizm mərkəzinə çevrilməyi hədəfləyir.
“Sea Breeze Uzbekistan"da beynəlxalq brendlərin mağazaları, restoranlar və xidmət stansiyaları açılacaq. Burada müxtəlif festivallar, konsertlər və digər mədəni tədbirlər keçiriləcəkdir. Ziyarətçilərin rahatlığını artırmaq üçün su anbarının iki sahil arasında körpü tikiləcək.
Şavkat Mirziyoyev bu təklifi bəyənib, onun beynəlxalq təcrübəyə əsaslanaraq layihələndirilməsinin və mərhələli şəkildə qurulmasının vacibliyini vurğulayıb. Özbəkistan Prezidenti Baş nazirin rəhbərliyi ilə komissiya yaradılaraq layihənin hüquqi bazasının yaradılması və infrastruktur məsələlərinin həlli ilə bağlı tapşırıqlar verib.
Tehsil-press.az