
Trend nazirliyin saytına istinadən məlumat verir ki, festival günlərində Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps və "Russkoye Radio"nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduzlu qonaqları arasında Valeri Meladze, Nyuşa, Qriqori Leps, "A-studio", Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var.
Festivalda, həmçinin Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı nəzərdə tutulur. Beynəlxalq "JARA" festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.