İtaliyalı qonaqlar ölkəmizin turizm potensialı ilə tanış olublar

İtaliyalı qonaqlar ölkəmizin turizm potensialı ilə tanış olublar Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Beynəlxalq italyan dili” həftəsi çərçivəsində “dəyirmi masa” keçirilib.
Tədbirdə bu ali təhsil ocağının rektoru İlham Mədətov Azərbaycan–İtaliya münasibətlərindən danışıb. O, ölkələrimiz arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən mədəniyyət və turizm istiqamətində dinamik inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbirdə İtaliyanın məşhur turizm obyektləri haqqında ətraflı məlumat verilib. Eləcə də italiyalı qonaqlar ölkəmizin turizm potensialı ilə tanış olublar.
“Dəyirmi masa”da azərbaycanlı turist bloggerlər, İtaliyanın ölkəmizdə akkreditə olunmuş diplomatik korpusunun əməkdaşları, ingilis dilində turizm təhsili alan tələbələr iştirak ediblər.

Kəmalə Rəhimli

Oxşar xəbərlər