
Daha sonra Azərbaycan dili kafedrasının baş müəllimi Mehriban Məmmədova “İnsan alverinin qarşısının alınmasında cəmiyyətin rolu”, Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramova “Suisidal davranışlı insanlara psixoloji yardım”, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova “Məişət zorakılığına qarşı mübarizə”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “İnsan alverinə qarşı mübarizədə Azərbaycan qanunvericiliyinin rolu”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Nurlana Həmzəyeva “Məişət zorakılığı və insan alveri ümumbəşəri bəladır” adlı məruzə ilə çıxış ediblər.
Tədbir iştirakçılarına 22 iyun 2010‐cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna dair məlumat verilib. Diqqətə çatdırılıb ki, bu qanun zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Tehsil-press.az