
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində təşkil olunacaq konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçiriləcək. Konfransın məqsədi məişət zorakılığının, o cümlədən gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində aparılan araşdırma nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir.
Konfransın seksiyaları məişət zorakılığında - gender aspekti, sosial iş, beynəlxalq təcrübə, ölkə təcrübəsi, uşaq müdafiəsinin təşkili mövzularını əhatə edir.
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant və dissertantlar iştirak edə bilərlər. İştirak etmək istəyənlər məqalələrini aprelin 10-dək [email protected] elektron poçtuna göndərməlidirlər.
Tehsil-press.az