Lukaşenkodan İlham Əliyevə qələbə təbriki

Lukaşenkodan İlham Əliyevə qələbə təbriki Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələri liderlərini II Dünya Müharibəsində Qələbənin 71-ci il dönümü münasibəti ilə təbrik edib.

Tehsil-press.az-ın məlumatına görə, Lukaşenkonun məktubunda deyilir: ”Bu bayram müharibə illərinin dəhşətli sınaqlarından çıxan xalqların birliyinin simvoludur. Böyük Vətən müharibəsində əldə edilən Qələbənin 71-ci il dönümündə biz dünyaya sərhədsiz cəsarət nümunəsi və Vətən qarşısında olan borcuna sadiqliyini nümayiş etdirənləri yad edirik. Atalarımız və babalarımızın qəhramanlıq sücaəti gələcək nəsillər üçün yüksək mənəvi nümunə olacaq”.
Lukaşenko təbrik məktublarını Azərbaycan prezidenti İlham Əliyevə, Ermənistan prezidenti Serj Sarkisyana, Gürcüstan prezidenti Georgi Marqelaşviliyə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan prezidenti Almazbəy Atambəyova, Moldova prezidenti Nikolay Timoftiyə,Tacikistan prezidenti Emoməli Rahmona, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova, Özbəkistan prezidenti İslam Kərimova və Ukrayna prezidenti Pert Poroşenkoya göndərib.


Tehsil-press.az

Oxşar xəbərlər