Yeni Nəşr - Səyadulla Kərimli

Yeni Nəşr - Səyadulla Kərimli Tanınmış yazıçı-publisist, jurnalist, filoloq-pedaqoq Səyadulla Kərimlinin çoxdandır ki, üzərində çalışdığı, kiçik yaşlı məktəblilər ücun yazdığı şeir, hekayə, nağıl və tapmacalar toplanmış "Balalara töhfə"si (redaktor: Tapdıq Əlibəyli ) bu günlərdə Qanun Nəşrlər Evində işıq üzü görüb. Bu münasibətlə müəllifi - sevimli müəllimim, dostumu axarlı uğurlar diləyilə təbrik edirəm!

Cəmiyyətin sabahı, gələcəyimiz olan uşaqlara ünvanlanan bu kitabda müəllif "balaca dostlar"ını həmsöhbət olmağa dəvət edir:

SALAM, BALACA DOSTLAR!

Kim yatıb, kim oyaq?.. Yəqin həmişəki kimi deyəcəksiniz ki, hamı yatıb, Cırtdan oyaq! Cırtdan nə üçün oyaq?..

Bax bu suala cavab tapmaq üçün gərək əlinizə aldığınız bu kitabı səliqə ilə vərəqləyib, diqqətlə oxuyasınız. Onda görəcəksiniz ki, burada sizi çoxlu-çoxlu maraqlı şeir, hekayə, nağıl, tapmaca gözləyir. Onların köməkliyi ilə siz sehrli dünyamızın hər yerinə səyahət edəcək, tənbəl Dadaşdan tutmuş, qoçaq Qaya, lovğa Elxan, çoxbilmiş Ayan, Jalə, Nərmin, Vüqar, Yağmur və digər uşaqlarla tanış olacaqsınız. Siz burada həm də sinəsiağ qaranquşla, uzunquyruq siçanla, hiyləgər tülküylə, gözləri fanar kimi alışıb-yanan canavarla, özündənrazı şirlə rastlaşacaqsınız. Əlbəttə, bu işdə mən – Cırtdan da sizə qoşulacaq, sizə yol yoldaşı olacağam.

Mən nə yerdəyəm, nə göydə. Nə uzaqdayam, nə yaxında. Amma hər şeyi görürəm, hər şeyi bilirəm. Axtarsanız, ünvanımı bu kitabı sizlərə hədiyyə edən yazıçı-publisist Səyadulla Kərimlidən soruşun...

Tapdıq ƏLİBƏYLİ


Tehsil-press.az

Oxşar xəbərlər