
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabındakı paylaşımında bildirib.
Tramp qeyd edib ki, Kanadaya subsidiya verərək ABŞ yüz milyardlarla dollar ödəyir: "Niyə? Heç bir səbəb yoxdur. Onların sahib olduqlarının heç birinə ehtiyacımız yoxdur. Bizim limitsiz enerjimiz var, öz maşınlarımızı hazırlamalıyıq. Daha çox ağacımız var. Biz bundan istifadə edə biləcəyik. Bu nəhəng subsidiyalar olmadan Kanada mövcudluğunu dayandıracaq. Sərt, lakin doğrudur! Buna görə də Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər, daha yaxşı hərbi müdafiə deməkdir və heç bir tarif yoxdur".
Qeyd edək ki, şənbə günü Tramp Kanadadan gələn enerji məhsullarına 10%, digər mallara isə 25% tariflər tətbiq edən sərəncam imzalayıb.
Tehsil-press.az