
Yeni saziş USMCA (ABŞ, Meksika, Kanada) adlanacaq. Bəyanatda deyilir ki, USMCA işçilərə, fermerlərə, ranço fəhlələrinə yeni standartlara əsaslanan ticari saziş verəcək. Bu sazişin nəticəsində bazarlar daha da azad olacaq, daha ədalətli ticarət və regionda dayanıqlı iqtisadi inkişaf olacaq.
Saziş orta sinfi möhkəmləndirəcək, yaxşı əmək haqqı olan yerlər yaradacaq və yarım milyarda yaxın insana yeni imkanlar verəcək.
Tehsil-press.az