Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Fəxrəddin Həsənqulu oğlu Həsənovun həbsinin bəzi detalları məlum olub.
Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən verilən məlumata görə, idarə tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.
11:20
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.
Direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvətalma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Tehsil-press.az