
15 yaşlı Lənkəran şəhər sakini Yunus Elşad oğlu Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Boyun nahiyəsinin kəsilmiş-deşilmış yarası alan zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Tehsil-press.az