Gəncə sakini keçmiş arvadını qətlə yetirdi

Gəncə sakini keçmiş arvadını qətlə yetirdi Gəncədə qətl hadisəsi törədilib.

Tehsil-press.az-ın verdiyi məlumata görə, hadisə mayın 8-də axşam saatlarında şəhərin İkinci hissə adlanan ərazisində, 31 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.
Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov küçədə keçmiş həyat yoldaşı 23 yaşlı Səmra Həsənovaya çoxsaylı bıçaq zərbələri endirərək ağır yaralayıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümükün olmayıb.
Hüquq hühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan R. Ələsgərov saxlanılıb. Məlumata görə bir neçə il əvvəl boşanan R. Ələsgərovla S. Həsənovanın 2 azyaşlı oğlan övladları var. Faktla bağlı araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər