Səməd Seyidova İrəvandan çağırış: “Gəl görüşək” - Cavab nə olacaq?

Səməd Seyidova İrəvandan çağırış: “Gəl görüşək” - Cavab nə olacaq? “Mən Azərbaycan Milli Məclisi Xarici Əlaqələr Komissiyasının sədrinə komissiyaların birgə iclasının keçirilməsini təklif edirəm”.

Bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarqis Xandanyan öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib: “Ermənistan və Azərbaycan sənədlər üzrə danışıqlar başa çatdıqdan sonra sülhün bərqərar edilməsi və dövlətlər arası əlaqələrin yaradılması barədə razılığa gəlib.

Birbaşa xalqın seçdiyi təmsilçilər və xalqın maraqlarının müdafiəsi məsuliyyətini öz üzərinə götürmüş parlamentarilər olaraq, başa düşürük ki, imzalandıqdan sonra sülh sazişi hər iki ölkənin parlamentində ratifikasiya olunmalıdır.

Ermənistan Milli Məclisinin daimi komissiyasının sədri kimi sülh sazişi və onun ratifikasiya prosesinə dair bağlı fikir mübadiləsi aparmaq üçün Azərbaycan Milli Məclisinin Xarici və parlamentlərarası əlaqələri Komitəsinin sədri Səməd Seyidova görüş keçirməyi təklif etmişəm.

Ümid edirəm ki, Milli Məclisdən olan həmkarım müsbət cavab verəcək və biz görüşün tarixi, yeri və digər zəruri detallar barədə razılığa gələ biləcəyik. İlk görüş yeri kimi Ermənistan-Azərbaycan sərhədində yerləşən neytral zonanı nəzərdən keçirə bilərik”.

Tehsil-press.az

Oxşar xəbərlər