Jurnalistin sualı Paşinyanı özündən çıxartdı: “Heç nə itirməmişik, sadəcə...”

Jurnalistin sualı Paşinyanı özündən çıxartdı: “Heç nə itirməmişik, sadəcə...” Ermənistanın baş naziri Nikol Paşinyan bu gün verdiyi müsahibəsində Qarabağ məsələsi və ölkəsinin son illərdəki siyasi kursu ilə bağlı səs-küylü açıqlamalar verib.

Müsahibənin gedişində jurnalistin “Bu o deməkdir ki, siz güzəştə gedirsiniz?” sualı Nikolu özündən çıxardıb. O, bu suala sərt reaksiya göstərib. Paşinyan, Ermənistanın heç nəyə güzəştə getmədiyini iddia edib.

“Bir dəqiqə, bir dəqiqə… siz hansı güzəştlərdən danışırsınız? Biz nəyə güzəştə getmişik? Heç nəyə! Qarabağ məsələsi… dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıbmı? Yaxud Kirants–Voskepar məsələsi… biz nəyi güzəştə getmişik? Heç nəyi. Elə ‘real Ermənistan’ tezisimiz də bunun üzərində qurulub,” – deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Ermənistanın son illərdə yaşadığı itkiləri inkar etmir, lakin bununla yanaşı, bəzi əhəmiyyətli qazanc və dərslər əldə etdiklərini də vurğulayıb. Onun fikrincə, əvvəlki illərdə – o hakimiyyətə gəlməzdən öncə – ölkə suverenliyini, dövlətçiliyini və müstəqilliyini əldən verirdi.

“Bəli, itkilərimiz oldu. Mən uzun müddət düşündüm, niyə bizim oğullarımız həlak oldu? Mən bu sualın cavabını çox götür-qoy etdim və belə nəticəyə gəldim: onlar bizim müstəqilliyimiz uğrunda şəhid oldular,” – deyə Paşinyan emosional şəkildə bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər