Gəncədə məktəbdə gözətçinin meyiti tapıldı

Gəncədə məktəbdə gözətçinin meyiti tapıldı Gəncədə məktəbdən gözətçinin meyiti tapılıb.

Hadisə Gəncə şəhəri 24 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki məktəbin gözətçisi olan 1960-cı il təvəllüdlü Z.Süleymanovun təhsil müəssisəsinin həyətində meyiti tapılıb. Onun qəfl ürəktutmasından öldüyü bildirilir. Məlumata görə, 65 yaşlı kişi ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Huquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə zamanı 65 yaşılı Z.Süleymanovun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər