Azərbaycanda yeni "kredit təşkilatları" yaranıb - İnsanları belə aldadırlar

Azərbaycanda yeni Son illərdə saxta kredit təşkilatlarının saytları insanların şəxsi məlumatlarını oğurlamaq məqsədilə yaradılır. Bu saytlar orijinal kredit şirkətlərinin saytlarına bənzəyən dizaynla istifadəçiləri aldatmağa çalışır. Bəzi şəxslər bu saytlarda insanları cəlb edərək onlardan kredit məlumatları şəxsiyyət vəsiqəsi, bank kartı məlumatları və digər şəxsi məlumatları əldə edir. Nəticədə insanlar özəl məlumatlarının oğurlanması riski ilə qarşı-qarşıya qalır və maddi ziyana uğrayırlar. Bu cür fırıldaqlardan qorunmaq üçün diqqətli olmaq və yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etmək vacibdir.

Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyev bildirir ki, fişinq saytları tez-tez tanınmış bankların və ya kredit təşkilatlarının dizaynını təqlid edir:

"Etibarlı saytların "URL"i "HTTPS" yazısı ilə başlayır. Fişinq saytları çox vaxt e-poçt və mesajlar göndərərək insanları öz saytlarına yönləndirir. Hər hansı bir linkə vurmazdan öncə göndəricinin etibarlılığını araşdırmaq və e-poçt ünvanına diqqətlə baxmaq lazımdır. Fişinq saytları eyni zamanda tez-tez şəxsi məlumatlar tələb edir. Bu cür saytlara məlumatlar vermək olmaz".

Mütəxəssis kompüterdə və telefonda təhlükəsizlik məqsədilə antiviruslar quraşdırmağı məsləhət görür.

Daxili İşlər Nazirliyi vətəndaşları cəlbedici təkliflər edən belə saytlara qarşı diqqətli olmalığa çağırır. Əgər belə bir saxta sayta rast gəlsəniz və ya şübhələndiyiniz linklə qarşılaşsanız, dərhal hüquq-mühafizə orqanlarına və ya müvafiq qurumlara məlumat verməyiniz məsləhət görülür.

Tehsil-press.az

Oxşar xəbərlər