
Sınaq qiymətləndirmənin keçirilməsində əsas məqsəd ayrı-ayrı fənn ekspertləri tərəfindən hazırlanan qiymətləndirmə vasitələrinin təhsil proqramı, cari tədris dövrü və şagirdlərin bilik və bacarıqlarına uyğunluğunu, çətinlik səviyyəsini, işləkliyini və etibarlılığını yoxlamaq, nəticələrin statistik təhlili əsasında müvafiq addımlar atmaq və monitorinqin əsas mərhələsinə hazırlanmaqdır.
Xatırladaq ki, monitorinqin əsas mərhələsi may ayında baş tutacaq və ölkə üzrə ümumi təhsil müəssisələrində təhsil alan bütün IV və VI sinifləri əhatə edəcək.
Tehsil-press.az