Bunu müsahibəsində MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.
Onun sözlərinə görə, güzəştli mənzillərin əldə olunması yalnız “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə, gücləndirilmiş elektron imza ilə və real vaxt rejimində həyata keçirilir.
“Bu günə olan məlumata əsasən, sistemdə elektron kabinetə sahib olan şəxslərin sayı 39 748 nəfərdir. Mənzillərin əldə edilməsində əsas ödəniş üsulu kimi güzəştli ipoteka krediti mexanizmindən istifadə olunub”, - deyə sədr müavini qeyd edib.
Tehsil-press.az