
Bu barədə baş nazir Nikol Paşinyan bildirib.
"Biz Azərbaycana prosesin davam etdirilməsinin məntiqi və konkret istiqamətinə dair yazılı təkliflər göndərmişik. İndi onların cavabını gözləyirik", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmaları, həm də işlərin davam etdirilməsinin təklif olunduğu sahələri əhatə edir. İlkin razılaşmaya əsasən, tərəflər şimaldan cənuba doğru - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlana biləcəyini göstərib.
Tehsil-press.az