
Bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasından bildirilib.
Hesabat dövründə turistlərin sayında tarixi maksimum qeydə alınıb. Turistlərin sayı illik müqayisədə 2,2% artıb.
Yanvar-martda qonşu ölkə 1 314 828 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisindən 1,1% çoxdur.
Gürcüstana İsrail, Hindistan, Çin, İordaniya, Səudiyyə Ərəbistanı, Niderland, Slovakiya, Çexiya, İtaliya, Yunanıstandan edilən səfərlərin sayında əhəmiyyətli artım olub.
Tehsil-press.az