İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin BDU tələbələri üçün infosessiyası

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin BDU tələbələri üçün infosessiyası Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə İcbari Sığorta üzrə Dövlət Agentliyinin tələbələr üçün infosessiyası keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov Agenliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması və zəruri tibbi xidmətlərin göstərilməsi işini təkmilləşdirmək məqsədilə 2021-ci ildən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir vətəndaş sistemdən yararlanmaqla keyfiyyətli tibbi xidmətdən istifadə edə bilər.

Daha sonra İcbari Sığorta üzrə Dövlət Agentliyinin aparıcı mütəxəssisi Fuad Bayramov icbari tibbi sığortaya müraciət və istifadə qaydaları, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlər haqqında təqdimatla çıxış edib.

Sonda tələbələr tibbi sığortadan istifadəyə dair suallarını ünvanlayıb və xidmət keyfiyyətinin artırılması ilə bağlı onlayn sorğuda iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər