
Bu barədə Türkiyənin "A Haber" nəşri yazıb.
Bildirilir ki, Ərdoğan yaz aylarında sıx diplomatik trafik həyata keçirəcək.
O, 4-cü Hökumətlərarası Zirvə Toplantısı üçün aprelin 29-da İtaliyaya səfər edəcək.
Ərdoğan mayın 3-də Şimali Kipr Türk Respublikasında keçiriləcək TEKNOFEST-də iştirak edəcək. Türkiyə liderinin may ayında, həmçinin Azərbaycana səfər edəcəyi qeyd olunub.
Türkiyə liderinin iyun ayında Vaşinqtona gedəcəyi və ABŞ Prezident Donald Trampla görüşəcəyi bildirilir.
Tehsil-press.az