Bu gün Türkiyə prezidenti Bakıya gəlir

Bu gün Türkiyə prezidenti Bakıya gəlir Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Tehsil-press.az Türkiyə prezidentinin saytına istinadən xəbərə verir ki, Ərdoğan Bakı vaxtı ilə saat 16:30-da Azərbaycana yola düşəcək. Qeyd edək ki, Türkiyə prezidenti Bakıda keçiriləcək Sivilizasiyalararası Qlobal Forumda iştirak etmək üçün ölkəmizə səfər edəcək. Ərdoğanı böyük nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyətində baş nazirin müavini, xarici işlər, iqtisadiyyat, energetika və mədəniyyət nazirləri təmsil olunacaq.

tehsil-press.az

Oxşar xəbərlər