Saatlıq minimum əmək haqqının tətbiqi maaşlara necə təsir edəcək? - MÜHÜM AÇIQLAMA

Saatlıq minimum əmək haqqının tətbiqi maaşlara necə təsir edəcək? - MÜHÜM AÇIQLAMA Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.

Maraqlıdır, aylıq və saatlıq minimum əməkhaqqı arasında nə kimi fərqlər var? Saatlıq əməkhaqqına keçid ümumi iqtisadiyyata necə təsir edə bilər?

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, mətbuatda yayılan xəbərlərdə minimum əmək haqqının artırılacağı bildirilir. Lakin heç bir artım olmayacaq.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“Sadəcə hesablama mexanizminin dəyişməsindən söhbət gedir. Minimum əmək haqqı yanvarın 1-dən etibarən 350 manatdan 400 manata yüksəldilib, amma bu dəyişiklik hər hansı bir artıma səbəb olmayacaq.

Əvvəllər minimum əmək haqqının aylıq hesablanması Sovet dövründən gələn praktikalarla həyata keçirilirdi. Mərkəzləşmiş iqtisadiyyatda, dövlət sektorunda fəaliyyət göstərənlərin stabil iş yerləri var idi və hər kəs aylıq maaş alırdı. Bu, sistemin tələbləri ilə əlaqədar idi. Lakin indiki dövrdə “freelance” və qısa müddətli işçilərin sayı artıb, insanlar daha çox fərdi şəkildə çalışır. Bəzən isə işə getmədən, evdən fəaliyyət göstərirlər. Minimum əmək haqqı isə yalnız aylıq gəlirlərə tətbiq edilir. Bu dəyişikliklər dövlət və özəl sektorda aylıq maaş alan işçilərə təsir etməyəcək. Amma “freelance” və həftədə 40 saatdan az işləyənlər üçün dəyişikliyin təsiri olacaq”.

İqtisadçı vurğulayıb ki, hökumət vətəndaşa minimum əmək haqqından az maaş verilə bilməz:

“Lakin 10 saatlıq iş üçün nə qədər əmək haqqı verilməsi barədə hələ bir standart yoxdur. Bu problemə görə, saatlıq əmək haqqı tətbiq ediləcək. Beləcə, aylıq iş günləri hesablanacaq və hər bir saatın əmək haqqı müəyyənləşdiriləcək. Bu, həm işçilərin hüquqlarının qorunmasına, həm də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcək. Həmçinin, şirkətlər üçün də faydalı olacaq. Çünki sezon dövründə daha çox iş saatı tələb olunduğu halda bu dəyişiklik onların fəaliyyətini tənzimləyəcək.

İnkişaf etmiş ölkələrə, xüsusilə də bazar iqtisadiyyatı ilə idarə olunan qərb dövlətlərinə baxanda görürük ki, orada minimum əmək haqqı saatlıq əsasda müəyyən edilir. Minimum əmək haqqı tətbiqi isə daha çox köhnə sosialist dövlətlərində yayılıb”.

Tehsil-press.az

Oxşar xəbərlər